Rusiya Baş Prokurorundan MDB həmkarlarına XƏBƏRDARLIQ - Yeni təhdidlər olacaq 

Rusiya Baş Prokurorundan MDB həmkarlarına XƏBƏRDARLIQ - Yeni təhdidlər olacaq 

Hazırda oxunan: Rusiya Baş Prokurorundan MDB həmkarlarına XƏBƏRDARLIQ - Yeni təhdidlər olacaq 

27827

Rusiyanın Baş Prokuroru İqor Krasnov Sankt-Peterburqda Avropa prokurorluq orqanlarının rəhbərlərinin konfransı çərçivəsində baş tutan görüşdə yeni təhdidlər barədə MDB ölkələrindəki həmkarlarına məlumat verib. 

Bizim.Media xəbər verir ki, Krasnovun sözlərinə görə, kripto valyuta ödənişləri, rəqəmsal aktivlərin istifadəsi, cinayət məqsədləri üçün süni intellekt artıq adi hala çevrilib. 

Onun fikrincə, terror və ekstremist xarakterli cinayət təzahürləri yüksək təhlükə yaradır. 

Krasnov miqrasiya qanunvericiliyi ilə tənzimlənən münasibətlər sahəsindəki gərginliyin azalmadığını, insan alverinə qarşı mübarizə məsələlərinin aktual olaraq qaldığını açıqlayıb. İclasda Baş Prokurorlar  - Kamran Əliyev (Azərbaycan), Artur Davtyan (Ermənistan), Andrey Şved (Belarus), Gizat Nurdauletov (Qazaxıstan), Kurmankul Zuluşev (Qırğızıstan), Aleksandr Stoyanoglo (Moldova), Yusuf  Rahmon (Tacikistan) və Nigmatilla Yuldaşev (Özbəkistan) iştirak edib. 

Krasnov MDB-dəki həmkarlarını Rusiyada 12 yanvar 2022-ci ildə qeyd ediləcək prokurorluğun yaranmasının 300 illiyini qeyd etməyə dəvət edib. 

Xatırladaq ki, Sankt-Peterburqda 6-9 iyul tarixlərində Avropa dövlətləri prokurorluq rəhbərlərinin “Fərdi hüquqların və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda konfrans keçirilir. 

Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan Baş Prokurorları 7 iyul çərşənbə günü Sankt-Peterburqda “Ətraf mühitin qorunması və Xəzər dənizinin təbii ehtiyatlarının istifadəsi” haqqında bəyannamə imzalayıblar. Bu, bu mövzuda ilk dövlətlərarası sənəddir. 

"Xəzər dənizi bütün beş dövlət üçün böyük strateji əhəmiyyətə malikdir və ölkələrimizin ərazilərini vahid bir ekoloji sistemə bağlayır. Birgə ətraf mühitin qorunması tədbirləri buna müsbət təsir göstərəcək", deyə Rusiya Baş Prokuroru İqor Krasnov imzalama mərasimi zamanı qeyd edib. 

"Sənədin imzalanması Xəzər istiqamətində beştərəfli formatda qarşılıqlı əlaqələrin təməlini qoyacaq". “RİA Novosti” agentliyi Krasnovdan sitat gətirib. 

Rusiya baş prokuroru bildirib ki, bəyannamədə "Xəzərin qorunmasına yönəlmiş profilaktik tədbirlərin əsas mahiyyəti" yer alıb. 

Krasnov, eyni zamanda, Xəzəryanı ölkələrdən olan həmkarlarını 2022-ci ilin əvvəlində bəyannamənin müddəalarını həyata keçirmək üçün bu mövzuda mütəxəssis səviyyəsində bir görüş keçirməyə dəvət edib.  

Rusiya tərəfi bunu Rusiya ərazisində təşkil etməyə hazırdır. Baş prokuror Xəzər dənizi bölgəsindəki qanun pozuntularına qarşı yaxşı koordinasiyalı birgə işin beş ölkə vətəndaşlarına və bütövlükdə bəşəriyyətə xeyli fayda verəcəyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO