Vətən müharibəsi iştirakçısı dənizdə batdı – 2 medalı var imiş 

Vətən müharibəsi iştirakçısı dənizdə batdı – 2 medalı var imiş 

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısı dənizdə batdı – 2 medalı var imiş 

27825

“Sunset” çimərliyinin ərazisində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb. 

Bizim.Media xəbər verir ki, hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 

24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO