Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutulan “Pit stop” binasının sökülməsi məsələsinə aydınlıq gətirib.
Bizim.Media şirkətin verdiyi məlumata istinadən bildirir ki, binanın sökülməsi ilə bağlı dövlət qurumları tərəfindən müvafiq tapşırıq verilib.
Qeyd edilib ki, “Pit stop” binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.
İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır.
Çox güman ki, “Pit stop” binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanılacaq.
Qeyd edək ki, söküntü yekunlaşdıqdan sonra Bakıda Azadlıq Meydanında Vətən müharibəsi zamanı zəfər çalmış müzəffər Azərbaycan Ordusunun paradının keçirilməsi gözləniləndir.
Bizim.Media