Əlilliyə görə pensiyalarda artım gözlənilir

Əlilliyə görə pensiyalarda artım gözlənilir

Hazırda oxunan: Əlilliyə görə pensiyalarda artım gözlənilir

27625

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.

Bizim.Media "Trend"ə istinadla bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyin vətəndaşlara verəcəyi üstünlükləri şərh edərkən deyib.

M.Quliyev bildirib ki, 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara dəyişikliklər olacaq və bu dəyişiklikdən sonra diferensiallaşmış qaydada, yəni əlillik faizinə uyğun olaraq hər bir vətəndaşımızın pensiya və müavinətinin artırılması imkanı yaranacaq.

Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO