Ermənistanla sərhəddə ATIŞMA - MN məlumat YAYDI

Ermənistanla sərhəddə ATIŞMA - MN məlumat YAYDI

Hazırda oxunan: Ermənistanla sərhəddə ATIŞMA - MN məlumat YAYDI

27581

Bizim.Media xəbər verir ki, Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.

Qeyd edək ki, bir az öncə “Sputnik Ermənistan” nəşri Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi, polkovnik Samvel Asatryana istinadən informasiya yaymışdı ki, guya Ermənistanın Göyçə mahalının (Geqarkunik vilayəti) Yuxarı Şorca kəndi yaxınlığında Azərbaycan və Ermənistan hərbçiləri arasında atışma olub. Nəticədə bir erməni və iki azərbaycanlı əsgər yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO