Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 28 nəfərin hamısı - 22 sərnişin və 6 ekipaj üzvü həlak olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RT nəşri Sanitar Aviasiyaya istinadən yayıb.
Daha əvvəl Petropavlovsk-Kamçatsk - Palana reysini həyata keçirən An-26 sərnişin təyyarəsinin iyulun 6-da səhər saatlarında təyin olunmuş rabitə seansına çıxmadığı bildirilmişdi.
Palana qəsəbəsinədək olan 9 kilometrlik ərazidə eniş zamanı təyyarə ilə əlaqə kəsilib. Təyyarə, ehtimal ki, sahil qayasına çırpılıb, dağıntıların bir hissəsi dənizə düşüb. An-26 qəzasının mümkün səbəbi güclü külək hesab edilir.
Xüsusi komissiya yaradılıb, hazırda "qaynar xətt" işləyir. Bölgə rəhbərliyi təyyarədəki sərnişinlərin tam siyahısını açıqlayıb.
Təyyarələrin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media
![SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb](https://bizim.media/file/articles/2021/07/06/1625567290_0de-2-kcur.jpg)
- A-
- A
- A+
Dünya
14:25 / 06.07.2021
SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb
Hazırda oxunan: SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb
Hazırda oxunan: SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb
27571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12