Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar.
Bizim.Media
![Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO](https://bizim.media/file/articles/2021/07/06/1625561973_0de-5-kcur.jpg)
- A-
- A
- A+
Siyasət
12:58 / 06.07.2021
Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO
Hazırda oxunan: Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO
Hazırda oxunan: Serbiyalı qadın nazir Azərbaycandadır - FOTO
27555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.