Azərbaycan sərhədində ATIŞMA - Ölən və yaralanan var - FOTO

Azərbaycan sərhədində ATIŞMA - Ölən və yaralanan var - FOTO

Hazırda oxunan: Azərbaycan sərhədində ATIŞMA - Ölən və yaralanan var - FOTO

27553

İyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

Bizim.Media-ya bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Məlumata görə, sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.

Sərhəd zastavası “silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərmiş və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən  Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri -Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər və dərman preparatları aşkar olunaraq götürülüb.

Bu barədə İİR tərəfi dərhal məlumatlandırılmış, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO