Putindən Nazarbayevə TELEFON ZƏNGİ 

Putindən Nazarbayevə TELEFON ZƏNGİ 

Hazırda oxunan: Putindən Nazarbayevə TELEFON ZƏNGİ 

27541

Rusiya dövlət başçısı Vladimir Putin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevi zəng edərək onu doğum günü münasibəti ilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb. 

"Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayevi doğum günü münasibəti ilə ürəkdən təbrik etdi”. Kremlin yaydığı mesajda belə deyilir. 

Xatırladaq ki, Nazarbayevin bu gün 81 yaşı tamam olur. O, 6 iyul 1940-cı ildə Qazaxıstanda doğulub.  

1969–1984-cü illərdə Karaqanda metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub.

1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti olub. 19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa verib. 

Nazarbayev hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO