Ağdamda 2 elektrik yarımstansiyası tikilir - VİDEO

Ağdamda 2 elektrik yarımstansiyası tikilir - VİDEO

Hazırda oxunan: Ağdamda 2 elektrik yarımstansiyası tikilir - VİDEO

27530

Ağdam rayonununda 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. 

Bizim.Media-nın “Azərenerji”yə istinadən verdiyi məlumata görə “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir.

Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Bundan əlavə “Ağdam-1” yarımstansiyasının yaxınlığında “Azərenerji”nin Qarabağ Regional idarəetmə mərkəzi də tikilir ki, burada ən müasir rəqəmsal avadanlıqlar yerləşdirilməklə işğaldan azad edilən rayonların avtomatik idarəetməsi reallaşdırılacaq.

“Ağdam-1” yarımstansiyasında işlər sürətlə aparılır. “Ağdam-2” yarımstansiyasında isə artıq işlərin böyük hissəsi görülüb, tikinti yekunlaşma mərhələsinə daxil olub. 40 km məsafədə çəkilən 110 kV-luq elektrik verilişi xəttinin, o cümlədən “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, eləcə də burada inşa edilən Qarabağın Regional idarətmə mərkəzinin tikintisinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO