Almaniyada öldürülən Elmir Fərzəliyevin QƏTLİNİN TƏFƏRRÜATI - FOTO

Almaniyada öldürülən Elmir Fərzəliyevin QƏTLİNİN TƏFƏRRÜATI - FOTO

Hazırda oxunan: Almaniyada öldürülən Elmir Fərzəliyevin QƏTLİNİN TƏFƏRRÜATI - FOTO

27522

Dünən Almaniyada qətlə yetirilən Elmir Fərzəliyevin cinayəti barədə bəzi təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan yazılarda bəzi detallar ortaya çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniyada azərbaycanlı qətlə yetirildi   


İddiaya görə, qətl heç də mübahisə zəmnində baş verməyib. Belə ki, 25 yaşlı Əfqanıstan vətəndaşı (C.Ş.) narkotik maddənin təsiri altında Azərbaycan vətəndaşı 35 yaşlı Elmir Fərzəliyevə bıcaqla hücum çəkib. Əvvəlcə o, Elmirə boynundan bıçaq zərbəsi vurub. O, özünü bayıra ataraq yerə yıxılıb. C.Ş. isə arxasınca gedərək onu yerə yıxaraq 5 dəfə bıçaq zərbəsi endirib. Elmirə kömək etmək istəyən 43 yaşlı alman qonşu (S.K.) da boynundan və bel nahiyyəsindən bıçaq zərbələri alıb. Hazırda o,  xəstəxanadadır, vəziyyəti ağır olaraq dəyərləndirilir. 

Mərhum 5 iyul, səhər saat 6-7 radələrində morqa təhvil verilib.

Hadisədən sonra cinayəti törədən əfqan vətəndaşı küçəyə çıxaraq əli qanlı və bıçaqla "Allahı Əkbər", "La ilahə illəllah", "Bütün xristianları, yəhudilərı öldürəcəyəm" kimi hədələr yağdırmağa başlayıb. Polis avtomobilinin sirena səsini eşidən kimi yaxınlıqdakı meşəliyə doğru qaçaraq gizlənməyə çalışıb. Onun gecə saatlarında axtarışı üçün xüsusi texnika və helikopter cəlb olunub. Cinayətkar təslim olsa da, əməlini inkar edib. Cinayət aləti olan bıçağı isə gizlətdiyi üçün hazırda xüsusi xidməti itlərin köməyilə axtarılır. Cinayət İstintaq şöbəsinin rəhbəri Dirk Bommetrin başçılığı ilə hadisənin detalları, faciəyə sürükləyən səbəblər araşdırılır.

Qeyd edək ki, 2015-ci ildən Almaniyada yaşayan Əfqanıstan vətəndaşı C.Ş.-nin daha əvvəl də müxtəlif hüquq pozuntuları olub.

Həmyerlimiz Elmir Fərzəliyev haqqında isə ancaq müsbət fikirlər mövcuddur. Həm qonşuları, həm də mütəmadi olaraq təmasda olduğu rəsmi nümayəndələr Elmirin sakit təbiətli, nəzakətli, ən kiçik kobud hərəkətini belə görmədiyini və belə mədəni insanın ölümünə kədərləndiklərini deyirlər. Hətta onun xatirəsini yad etmək üçün şəhər bələdiyyəsi kiçik anım tədbiri də keçirməyi düşünür. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO