Bakıda 663 minlik prezervativ oğurlandı - DETALLAR 

Bakıda 663 minlik prezervativ oğurlandı - DETALLAR 

Hazırda oxunan: Bakıda 663 minlik prezervativ oğurlandı - DETALLAR 

27512

Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib. 

O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663 600 manat dəyərində rezin qoruyucu oğurlanıb. 

Araşdırma zamanı məlum olub ki, malları həmin anbarın sahibi, 1962-ci il təvəllüdlü Əbülfət Əliyev və şəriki – İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı ona məlumat vermədən Novxanı qəsəbəsində yerləşən başqa bir anbara yığıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO