Qazaxda sərnişin avtobusu aşdı - xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda sərnişin avtobusu aşdı - xəsarət alanlar var - YENİLƏNİB

Hazırda oxunan: Qazaxda sərnişin avtobusu aşdı - xəsarət alanlar var - YENİLƏNİB

27486

Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

Bizim.Media xəbər verir ki, xəsarət alan şəxslər – 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı azyaşlı, İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

***

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Sprinter" sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO