İyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.
Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb.
Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.
Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:14 / 05.07.2021
Havada toz dumanı var - SƏBƏB
Hazırda oxunan: Havada toz dumanı var - SƏBƏB
Hazırda oxunan: Havada toz dumanı var - SƏBƏB
27413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.