Xameneinin jurnalisti hicab qanununun ləğvi barədə bəyanatı tənqid etdi

Xameneinin jurnalisti hicab qanununun ləğvi barədə bəyanatı tənqid etdi

Hazırda oxunan: Xameneinin jurnalisti hicab qanununun ləğvi barədə bəyanatı tənqid etdi

274116

İranın ali lideri Xameneinin ruporu kimi tanınan hökumətyönlü “Kayhan” qəzetinin baş redaktoru İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonarı sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, tənqidə səbəb Bahonarın mətbuat konfransında səsləndirdiyi bəyanat olub. 
 

O, İranda qadınların məcburi hicab taxması ilə bağlı qanunun artıq qüvvədə olmadığını, bu qanunun pozulmasının cərimə və ya hüquqi nəticələrə gətirib çıxarmayacağını bildirib.


Bahonarın sözləri ölkədə geniş müzakirələrə səbəb olub. Çünki bu mövqe yalnız qüvvədə olan qanunlarla deyil, həm də İranın siyasi sisteminin əsasını təşkil edən islam prinsipləri ilə ziddiyyət təşkil edir.

“Kayhan” qəzeti isə Bahonarın açıqlamasını kəskin tənqid edərək vurğulayıb ki, bu mövqe islam normalarının məcburiliyini şübhə altına qoyur və hakimiyyətin mənəvi nüfuzunu sarsıda bilər.

Qəzet həmçinin qeyd edib ki, Bahonarın hicab qanununun ləğvi barədə açıqlaması, İranın rəsmi siyasəti kontekstində belə bir yanaşmanın qanuniliyinə dair ciddi suallar doğurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO