Məşhur rejissor və aktyor Vladimir Menşov vəfat etdi

Məşhur rejissor və aktyor Vladimir Menşov vəfat etdi

Hazırda oxunan: Məşhur rejissor və aktyor Vladimir Menşov vəfat etdi

27400

Rusiyanın tanınmış rejissoru Vladimir Menşov 82 yaşında koronavirusdan ölüb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Mosfilm”in saytı yayıb. 

Mənbə yazır ki, o, iyun ayının sonunda koronavirusa yoluxmuşdu. Studiyanın hazırladığı başsağlığı mətnində deyilir:

"Bütün yaradıcılıq gücünü və parlaq istedadını doğma kinostudiyasına həsr edən, həqiqətən də məşhur rejissor olan, ecazkar filmləri ilə tanınan və sevilən bir sənət adamını itirdik".

Vladimir Menşov ən yaxşı sovet və rus rejissorlarından biri olub. SSRİ-də ilk dəfə o, “Moskva göz yaşlarına inanmır” filminə görə Oskar almışdı. Bu günə qədər postsovet məkanının milyonlarla vətəndaşının ən sevdiyi filmdir.  

Menşov film karyerasına otuz yaşında başlayıb. Ümumilikdə, Menşovun filmlərdə və televiziya filmlərində təxminən 120 rolu var.  

Onun rejissor olduğu "Moskva göz yaşlarına inanmır" (1979) filmi böyük bir uğur qazanıb. Film “Xarici dildə ən yaxşı film” nominasiyasında Oskar qazanıb, lakin müəllif mərasimdə iştirak etməyib. Yüzdən çox ölkə filmi göstərmək hüququnu əldə edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO