“Neftçi” yeni hücumçu ilə RAZILIĞA GƏLDİ

“Neftçi” yeni hücumçu ilə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Neftçi” yeni hücumçu ilə RAZILIĞA GƏLDİ

273212

“Neftçi” klubu yeni hücumçu ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, söhbət Nigeriya millisinin hücumçusu Ayzak Saksessdən gedir.

29 yaşlı ön xətt oyunçusu azad agent statusu daşıdığından, onun “Neftçi”yə keçidində hər hansı problem yoxdur.

Lakin futbolçu 2025-ci ilin əvvəlindən klubsuzdur. Çünki o, ötən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubundan ayrılıb. Bir müddətdir özünə yeni komanda axtaran Saksess “Neftçi” ilə müqavilənin şərtlərində ortaq məxrəcə gəlib. Onun tezliklə ölkəmizə gələrək, “ağ-qaralar”a qoşulması gözlənilir.

Qeyd edək ki, İspaniyanın “Qranada” klubunun yetirməsi olan Ayzak Saksess həmçinin “Malaqa”, İngiltərədə “Uotford” və İtaliyada “Udineze”nin formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO