Qubada narkotik bitkilər becərən şəxslər saxlanıldı

Qubada narkotik bitkilər becərən şəxslər saxlanıldı

Hazırda oxunan: Qubada narkotik bitkilər becərən şəxslər saxlanıldı

27291

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.

Bizim.Media xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox olan 1 235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO