Daha iki boksçumuz Avropa birinciliyində mübarizəyə qoşulacaq

Daha iki boksçumuz Avropa birinciliyində mübarizəyə qoşulacaq

Hazırda oxunan: Daha iki boksçumuz Avropa birinciliyində mübarizəyə qoşulacaq

27280

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə 2 boksçumuz mübarizəyə qoşulacaq. Yığmamızın üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya), Fuad Babayev (60 kq) isə Asen Asenovu (Bolqarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, qitə birinciliyinin birinci günündə boksçularımızdan Mahir Süleymanov (52 kiloqram) slovakiyalı Dusan Bobekə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb.

Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO