Növbəti savaş Qara dənizdə başlayır? - Çindən XƏBƏRDARLIQ

Növbəti savaş Qara dənizdə başlayır? - Çindən XƏBƏRDARLIQ

Hazırda oxunan: Növbəti savaş Qara dənizdə başlayır? - Çindən XƏBƏRDARLIQ

27215

Çinin "Quança" portalının oxucuları bəyan ediblər ki, Qərb Qara dənizdə vəziyyəti gərginləşdirməli deyil.

Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, adı çəkilən nəşr bir material paylaşılıb. Həmin yazıda Qara dənizdə, Krım sahillərində Britaniyanın "Defender" gəmisinin qeydə alınmasından sonra gərginlik yaranıb.

Belə ki, bu hadisənin ardınca Qara dənizdə NATO gəmilərinin sayı artıb. Çinli oxucular yazıya emosional reaksiya veriblər:

"Bilmək istərdim, görəsən real döyüşdə bu 3 gəmi heç olmasa yarım saat qala biləcək?"

"Onlar ruslara qarşı bir dəqiqə də mübarizə apara bilməzlər"

"Rusiya qapılarına yaxınlaşsalar, NATO gəmilərini məhv olmaq gözləyir"

"NATO odla oynayır. Nə deyim, ay ABŞ oyuncağı, oynayın və sizi məhv edəcəklər"

Əlbəttə ki, istinad mənbəyimiz Rusiya KİV-i olduğu üçün sırf Kremlin maraqlarına cavab verən şərhləri qeyd edib. Bundan başqa, Si Cinpinlə Putinin və Pekin-Moskva münasibətlərinin yaxşı olması da "Quança" oxucularına başqa cür rəy imkanı vermir. Amma əsas odur ki, Zelenski bəyanatları əvvəlki kimi sərt olmasa da, Krım sahillərindən savaş iyi gəlir. Bəzi ekspertlər belə düşünür.

Sonda məlumat üçün deyək ki, Rusiya Müdafiə Nazirliyi Britaniyanın Qara dənizdəki məlum addımını 1982-ci il dəniz haqları üzrə BMT Konvensiyasiyasının pozulması adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO