Köhnə avtomobil sürənlərə PİS XƏBƏR - VİDEO

Köhnə avtomobil sürənlərə PİS XƏBƏR - VİDEO

Hazırda oxunan: Köhnə avtomobil sürənlərə PİS XƏBƏR - VİDEO

27172

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün son addımlar atılır. Bununla bağlı hazırlanan yeni proqram tamamlanmaq üzrədir. Layihədə vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirilib.

Ölkəmizdə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb.

Bizim.Media-nın məlumatına görə, "Təmiz Şəhər" Açıq Səhimdar Cəmiyyətinin hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov "XəzərXəbər"ə bildirib ki, layihədə 2 dəfə zəruri dəyişiklik edilib. Onun sözlərinə görə, proses sonuncu mərhələdədir.

Qurum rəsmisi qeyd etdi ki, müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələr baxılması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Mirzə Laçınov vətəndaşlar üçün qaranlıq qalan əsas məsələlərdən birinə də aydınlıq gətirib.

Layihədə stimullaşdırıcı addımlar da nəzərdə tutulub. Mirzə Laçınov vurğulayıb ki, nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil alınarkən həmin nəqliyyat vasitəsinin alış məbləğinə güzəşt tətbiq ediləcək.

Utlizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır.

Qeyd edək ki, layihə təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO