BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.
Bu barədə Bizim.Media-ya BMT-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
“BMT-nin Ali Komissarlığını azad edilən ərazilərdə qəbul etməyə hazırıq” - Ceyhun Bayramov - FOTO
Qeyd olunub ki, Azərbaycan hökuməti təyinata razılıq verib.
Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.
Bizim.Media