Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu

Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu

Hazırda oxunan: Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu

27084

Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı ailəsinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, təqdimetmə mərasimi Xətai Rayon İcra Hakimiyyətində keçirilib.
Medal şəhidin oğlu Elvin Mirzəyevə təqdim edilib.

Qeyd edək ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub.

İ.Mirzəyev ötən ilin iyulun 14-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə şəhid olub. O, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

2020-ci ilin dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO