Bu məkanlar CƏRİMƏLƏNDİ

Bu məkanlar CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bu məkanlar CƏRİMƏLƏNDİ

27005

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Bizim.Media-nın məlumatına görə, Qurumdan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirilib.

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur restoranlar CƏRİMƏLƏNDİ 


Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus “Sahne” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus “Prive Steak House” restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus “Kabab house” kafesi;

4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus "Neptun" restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO