Paşinyan ən yaxın silahdaşını işdən qovdu

Paşinyan ən yaxın silahdaşını işdən qovdu

Hazırda oxunan: Paşinyan ən yaxın silahdaşını işdən qovdu

26956

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə axşamı Nazirlər Kabinetinin aparat rəhbərini, ən yaxın silahdaşı hesab edilən Arsen Torosyanı işdən çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. 

Mənbə yazır ki, həmin vəzifəyə Paşinyanın baş məsləhətçisi Arayik Arutyunyan gətirilib. 

Keçmiş Səhiyyə naziri Arsen Torosyan bu ilin yanvarında baş nazir aparatının rəhbəri təyin edilib. Həmin vaxt Arayik Arutyunyan Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsindən çıxarılaraq Paşinyanın baş məsləhətçisi olub. 

Torosyan və Arutyunyan Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvləridir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO