İstanbulda 2 PKK terrorçusu tutuldu

İstanbulda 2 PKK terrorçusu tutuldu

Hazırda oxunan: İstanbulda 2 PKK terrorçusu tutuldu

26921

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər ələ keçirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Haberturk” nəşri yayıb. 

Mənbə bildirir ki, əməliyyatı İstanbul Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları həyata keçirib. 

İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər. Bildirilib ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar. 

İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında Esenyurda fəaliyyət göstəriblər. Onlar İstanbulun 4 rayonunda 4 fərqli yerdə terror hücumu keçirməyi planlaşdırırmış. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO