Avropa Birliyi bu gündən vahid koronavirus sertifikatları təqdim edəcək

Avropa Birliyi bu gündən vahid koronavirus sertifikatları təqdim edəcək

Hazırda oxunan: Avropa Birliyi bu gündən vahid koronavirus sertifikatları təqdim edəcək

26898

Avropa Birliyi bu gündən etibarən vahid koronavirus sertifikatları təqdim etməyə başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news24ua” saytı yayıb. 

Mənbə yazır ki, sertifikatlar sahiblərinə sərhəddən gecikmədən - növbəsiz, test etmədən, sənəd doldurmadan və karantin qoymadan keçməyə və Avropa Birliyi ərazisində sərbəst hərəkət etməyə imkan verəcək. 

Yerli hakimiyyət tərəfindən pulsuz təqdim ediləcək və yalnız AB ölkələrində tanınacaq sertifikatlarda QR kodları da olacaq.

3 növü (peyvənd edilməsi, sağalması və mənfi test haqda) olan sertifikatların 12 ay müddətinə təqdim ediləcəyi gözlənilir. 

“Sərhədlər açıldıqdan sonra AB üçüncü ölkələrlə koronavirus sertifikatlarının qarşılıqlı tanınması üçün çalışacaq”. Bir mənbə bunu RİA Novosti-yə bildirib. 

Vahid sertifikatlar AB səviyyəsində mərkəzləşdirilmiş şəkildə təsdiqlənmiş aşılar üçün veriləcək. Lakin birlik ölkələri digər aşıları da tanımaq hüququna malikdirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO