Səfir vəzifəsindən geri çağırılan Hüseyn Hüseynov KİMDİR? – DOSYE

Səfir vəzifəsindən geri çağırılan Hüseyn Hüseynov KİMDİR? – DOSYE

Hazırda oxunan: Səfir vəzifəsindən geri çağırılan Hüseyn Hüseynov KİMDİR? – DOSYE

268724

Xəbər vediyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırıldı



Bizim.Media geri çağırılan səfirin dosyesini təqdim edir:

Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub.

1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.

O, 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura pilləsində təhsilini davam etdirib, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Hüseyn Hüseynov 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO