"Artıq bir neçə gündür Ermənistanın ən böyük nəqliyyat şirkətlərindən biri olan "Spayka"nın 100-dən çox yük maşını Rusiyaya daxil ola bilmir".
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazı dərc edib.
Bildirilib ki, Rusiya hüquq-mühafizə orqanları heç bir izahat vermədən yük maşınlarını dayandırıblar. Ermənistanın müvafiq orqanları bəyan ediblər ki, Rusiya tərəfdən yükün keyfiyyətində problemlər olduğuna dair hər hansı siqnal almayıblar.
Qeyd edilib ki, Moskvanın bu addımlarının siyasi məna daşıya biləcəyi istisna edilmir.
Son zamanlar "Spayka"nın direktoru ABŞ-ın Ermənistandakı səfiri ilə mütəmadi olaraq görüşlər keçirib və bu görüşlər yerli KİV-də geniş işıqlandırılıb.
Nəşr hesab edir ki, təxminən iki həftə əvvəl baş tutan sonuncu görüş Rusiya tərəfinin narazılığına səbəb olub.
Yük maşınlarının bloklanması təkcə şirkətə deyil, həmçinin Ermənistanın kənd təsərrüfatı istehsalçılarına da ciddi zərbə vura, ixrac istiqamətində ciddi problemlər yarada bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 04.09.2025
Ermənistanın 100-dən çox yük maşını Rusiyaya buraxılmır
Hazırda oxunan: Ermənistanın 100-dən çox yük maşını Rusiyaya buraxılmır
Hazırda oxunan: Ermənistanın 100-dən çox yük maşını Rusiyaya buraxılmır
268710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.