Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

Hazırda oxunan: Bu il 2800-dən çox məhkuma elektron qolbaq tətbiq edilib

26854

Cari ildə azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2800-dən çox elektron qolbaq tətbiq edilib.

Bizim.Media bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Qeyd edilib ki, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb.

Bundan əlavə, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxıldığı, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylərin verildiyi bildirilib.

Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO