“Peşə təhsili alanlar universitetlərə imtahansız qəbul olacaq” - Emin Əmrullayev

“Peşə təhsili alanlar universitetlərə imtahansız qəbul olacaq” - Emin Əmrullayev

Hazırda oxunan: “Peşə təhsili alanlar universitetlərə imtahansız qəbul olacaq” - Emin Əmrullayev

26766

“Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Onlar öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri peşə məktəblərində Məzun günü ilə bağlı keçirdiyi brifinqdə Emin Əmruyllayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Emin Əmrullayev bu universitetə yeni prorektor təyin etdi


Nazir hesab edir ki, bununla da peşə təhsilə maraq artacaq. Bildirib ki, son illər ölkədə peşə təhsilinə maraq artıb:

“Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstərisindən daha yaxşıdır”.

Nazir bir çox bölgələrdə peşə təhsil müəssisəsin olmadığnı xüsusi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO