Rus sülhməramlılarının ermənilərə daha bir YARDIMI - FOTO 

Rus sülhməramlılarının ermənilərə daha bir YARDIMI - FOTO 

Hazırda oxunan: Rus sülhməramlılarının ermənilərə daha bir YARDIMI - FOTO 

26761

Rus sülhməramlıları Azərbaycanın Xocavənd bölgəsindəki bir neçə yaşayış məntəqəsini su ilə təmin etmək üçün magistral su xəttinin çəkilməsində bərpa işlərinin təhlükəsizliyini təmin edirlər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Xüsusilə, boru kəmərinin Tagavard qəsəbəsinə, eləcə də yaxın yaşayış məntəqələrinə çəkilməsinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı sülhməramlıların Qarabağdakı mandatı müddətsiz olmalıdır - Köçəryan 


İşlər bitdikdən sonra orada müvəqqəti yaşayan ermənilər içməli su ilə təmin olunacaqlar. 

Mənbənin verdiyi məlumata görə, yerli sakinlər iş zamanı təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi ilə əlaqə saxlayıblar, çünki su stansiyası və boru kəmərinin marşrutu təmas xəttinin yaxınlığında yerləşir. 

İşlərin aparıldığı yerdə rusiyalı minaaxtaranlar ətrafı yoxlayıblar və bundan sonra mühəndis avadanlığının işləməsinə icazə veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO