Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.
Bizim.Media “banker.az”a istinadla xəbər verir ki, AMB sədri Taleh Kazımovun əmri ilə bu vəzifəyə Gülzar Tahirova İslam qızı təyinat alıb.
Qeyd edək ki, Gülzar Tahirova 16 ildir Mərkəzi Bankda çalışır. O, 2022-ci ilin aprelindən bəri Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentində direktor müavini vəzifəsini icra edirdi.
Xatırladaq ki, Tədqiqatlar departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin təmin olunması, habelə ölkənin sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fundamental tədqiqatlar aparmaq, effektiv pul siyasətinin formalaşmasına və həyata keçirilməsinə imkan verən tədqiqat bazasının inkişafını və genişlənməsini təmin etməkdir.
Tədqiqatlar departamentinin sturukturunda 4 şöbə var. Bunlar Makroiqtisadi tədqiqatlar şöbəsi; Modelləşdirmə və proqnozlaşdırma şöbəsi; Mikroiqtisadi tədqiqatlar şöbəsi və Beynəlxalq iqtisadiyyat şöbəsidir.
Bizim.Media