Ağadadaş Ağayev Bakıya qayıdır

Ağadadaş Ağayev Bakıya qayıdır

Hazırda oxunan: Ağadadaş Ağayev Bakıya qayıdır

26691

Xalq artisti Ağadadaş Ağayevdən şad xəbər var. 

Bizim.Media xəbər verir ki, dəfələrlə ağır əməliyyat keçirən sənətçi Bakıya qayıdır.  

Bu barədə Hacı Nuran sosial media hesabında yazıb: 

"O qədər sevincliyəm ki... Mən axı hər ağızda bir dua var demişdim, xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmışdım.

Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev bu gün vətənə qayıdır. Özü də sağlam, gümrah. Allahın köməkliyi ilə, tibb elmi möcüzə yaratdı... Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi... Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Mən bilirəm, o xəstəxana çarpayısı nə deməkdir. Mən bilirəm, o həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir. Nə deməkdir saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək. Və bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Elə Ağadadaş Ağayev də inanırdı. İnanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına. Elə mən də inanırdım . Özü də çox inanırdım. Budur, qardaşım qayıdır.Vətənə, ailəsinə, səhnəyə". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO