İçkilərin saxlanma müddətini 60 gün artıq göstərən müəssisə aşkarlandı - FOTO

İçkilərin saxlanma müddətini 60 gün artıq göstərən müəssisə aşkarlandı - FOTO

Hazırda oxunan: İçkilərin saxlanma müddətini 60 gün artıq göstərən müəssisə aşkarlandı - FOTO

26682

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Muğanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti 30 gün olduğu halda, heç bir əsas olmadan 60 gün artırılaraq 90 gün qeyd edildiyi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO