Erməni terrorçularının məhkəmə qarşısında  ETİRAFI

Erməni terrorçularının məhkəmə qarşısında  ETİRAFI

Hazırda oxunan: Erməni terrorçularının məhkəmə qarşısında  ETİRAFI

26674

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir. 

Bizim.Media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Asetryan dindirilib. 

O bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Azərbaycanın Laçın rayonuna gətiblər:

“Səhər tezdən yola düşəndə Rusiya sülməramlıları bizi yoxlamadan yola saldı. Dağın ətəyində maşından düşüb, oranı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. Komandirimiz polkovnik-leytanant Arsen Kazaryan idi. Bizi dağın başında bir nöqtədə yerləşdirdi, müşahidə aparırdıq. Orada 10 gündən çox qaldıq. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək, evə qayıdırıq. Biz də həmin gün dağdan aşağı endik. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq. Təslim olub bütün silahlarımızı Azərbaycan əsgərlərinə təhvil verdik". 

Hakim Ə.Hacıyev elan edib ki, G.Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə oxunub. 

O, istintaqda dindirilən zaman deyib ki, həmin ərazidə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə, silahlı müqavimət göstərməklə bağlı tapşırıq alıblar. G.Asetryan ifadəsini təsdiqləyib. 

Daha sonra təqsirləndirilən şəxs qismində V.Hakobyan dindirilib. Onun sözlərinə görə, noyabrın ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi dəvət alıb:

“Həmin ayın 27-də komissarlıqdan bildirildi ki, gedib ərazidə olan hərbiçilərimizin növbəsini təhvil alacağıq, sonra geri qayıdacağıq. Bizə orada silah-sursat verildi və “Ural”la yola düşərək Laçına getdik. Komandirimiz Kazaryan Rusiya sülməramlıları ilə nəsə danışdı. Onlar bizi yoxlamdan yola saldılar. Yenidən yola düşdük, dağın ətəyində maşından düşərək yuxarı qalxdıq. Kazaryan bizi dağın başına çıxartdı və bir neçə gün orada qalmağımızı tapşırdı. Biz də dağda müşahidə aparırdıq. Çadırlar qurduq, ərzaqla təmin edildik. Kazaryanın dediyi vaxt bitdi, lakin bizi dəyişən olmadı. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan aşağı düşək, evə qayıdırıq. Dağdan düşəndə yolu səhv saldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik, təslim olduq”. 

Prosesdə fasilə elan olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO