Baş prokuror Talıb Cəfərovu rəis TƏYİN ETDİ

Baş prokuror Talıb Cəfərovu rəis TƏYİN ETDİ

Hazırda oxunan: Baş prokuror Talıb Cəfərovu rəis TƏYİN ETDİ

266739

Baş prokuror əmr imzalayıb.

 

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

 

“Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib”, - qeyd olunub.

 

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Günay

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO