Bu gün İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı oynayacaq - AVRO-2020 

Bu gün İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı oynayacaq - AVRO-2020 

Hazırda oxunan: Bu gün İngiltərə Almaniyaya, İsveç Ukraynaya qarşı oynayacaq - AVRO-2020 

26637

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək. 

Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək. 

Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq. 

İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək. 

29 iyun 

Avropa çempionatı 
 
1/8 final mərhələsi 
 
20:00. İngiltərə - Almaniya 
 
Baş hakim. Denni Makkeli (Niderland) 

London. "Uembli" stadionu 
 
23:00. İsveç - Ukrayna 
 
Baş hakim: Daniele Orsato 
 
Qlazqo. "Hempden Park" stadionu 

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO