Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur şəhəri Kapitan Seyidov küçəsində fəaliyyət göstərən “Əmioğlu” kafesində ciddi nöqsanlar aşkar edilib.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:36 / 19.08.2025
Şərurun məşhur kafesində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Şərurun məşhur kafesində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Şərurun məşhur kafesində ciddi nöqsanlar AŞKARLANDI - FOTO
266028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.