Bakıda qohumları azyaşlını döyərək dilənməyə məcbur edir - FOTO

Bakıda qohumları azyaşlını döyərək dilənməyə məcbur edir - FOTO

Hazırda oxunan: Bakıda qohumları azyaşlını döyərək dilənməyə məcbur edir - FOTO

26602

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, qeyd edib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar:
 

“O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.


Kəmalə Ağazadə əlavə edib ki, Ü.Şərifov 5 il əvvəl də uşaq sığınacağında olub. Anası bir neçə ay sonra tapılıb və sığınacağa gələrək uşağı aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO