Tramp: “Nə qədər qəribə səslənsə də, Putin saziş bağlamaq istəyir” - VİDEO

Tramp: “Nə qədər qəribə səslənsə də, Putin saziş bağlamaq istəyir” - VİDEO

Hazırda oxunan: Tramp: “Nə qədər qəribə səslənsə də, Putin saziş bağlamaq istəyir” - VİDEO

265911

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı saziş bağlamaq istəyir.

Bizim.Media xəbər verir ki, amerikalı lider bunu Avropa liderləri ilə Ağ Evdə keçiriləcək görüş ərəfəsində Fransa prezidenti Emmanuel Makrona qapalı şəkildə deyib.
 

“Məncə, o (Putin) saziş bağlamaq istəyir. Başa düşürsünüz? Nə qədər qəribə səslənsə də”, – Tramp fransalı həmkarına söyləyib.


Güman olunur ki, ABŞ prezidentinin mikrofonu söndürülmədiyindən bu ifadə birbaşa yayımda eşidilib.

Qeyd edək ki, hazırda Ağ Evdə Tramp və Zelenskinin Avropa liderləri ilə görüşünün mətbuata qapalı hissəsi keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO