Volodimir Zelenski Ukraynanın birinci xanımı Yelena Zelenskadan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub çatdırıb.
MÖVZU İLƏ BAĞLI
Tramp: “Ukraynada atəşkəs artıq lazım deyil” - VİDEO
Bizim.Media xəbər verir ki, Zelenski məktubu Ağ Evdə keçirilən görüş zamanı Donald Trampa verib.
“Arvadım, Ukraynanın birinci xanımı, məktub göndərib. O, sizə yox, həyat yoldaşınıza ünvanlanıb”, — deyə Ukrayna prezidenti zalda gülüşə səbəb olan sözlər söyləyib.
Zelenski uşaqların müdafiəsi çağırışı ilə bağlı yazdığı məktuba görə Melaniya Trampa təşəkkür edib.
Qeyd edək ki, həmin məktubu Melaniya Tramp Putinə ünvanlamışdı və Tramp onu cümə günü keçirilən sammitdə Putinə çatdırmışdı.
Bizim.Media