Şahzadə Çarlz keçmiş həyat yoldaşı Şahzadə Diananın abidəsinin açılışında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bunu mənbələrə istinadən Express nəşri yayıb.
İnsayderin sözlərinə görə, Uels Şahzadəsi tədbirə qatılaraq "köhnə yaraları yenidən açmaq" istəmir.
Çarlzın adının açıqlanmasını istəməyən bir dostu deyib ki, şahzadə keçmiş həyat yoldaşı ilə bağlı anlarını oyatmaq istəmir.
Qeyd edək ki, Şahzadə Harri və Şahzadə Uilyamın 60 yaşlı anasının heykəli 1 iyul 2021-ci il cümə axşamı Kensington Sarayının bağında açılacaq. Bunun üçün Harri artıq ABŞ-dan evə qayıdıb.
Xatırladaq ki, Şahzadə Diana 31 avqust 1997-ci il tarixində Parisdə milyarder Dodi Al-Fayed ilə birlikdə getdiyi “Mercedes” avtomobilində qəzaya düşərək ölüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:31 / 28.06.2021
Şahzadə Çarlz Diananın abidəsinin açılışına getməyəcək – SƏBƏB
Hazırda oxunan: Şahzadə Çarlz Diananın abidəsinin açılışına getməyəcək – SƏBƏB
Hazırda oxunan: Şahzadə Çarlz Diananın abidəsinin açılışına getməyəcək – SƏBƏB
26583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.