Ukraynadan gözlənilməz HÜCUM – İki yaşayış məntəqəsi azad edildi

Ukraynadan gözlənilməz HÜCUM – İki yaşayış məntəqəsi azad edildi

Hazırda oxunan: Ukraynadan gözlənilməz HÜCUM – İki yaşayış məntəqəsi azad edildi

265816

Ukrayna Silahlı Qüvvələrinin desantçıları Donetsk vilayətində iki yaşayış məntəqəsini azad edib, 

Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, Rusiya ordusu hücum nəticəsində ciddi itkilər verib.

Məlumata görə, Desant-Hücum Qoşunlarının bölmələri Zolotoy Kolodets və Petrovka kəndlərini azad ediblər.

79-cu Tavriya desant-hücum briqadası və 82-ci Bukovina desant-hücum briqadasının məlumatına əsasən, bölmələr uğurlu hücum əməliyyatları həyata keçirib.
 

“Ruslar canlı qüvvə, texnika və silah-sursat baxımından əhəmiyyətli itkilər verib. Bir qrup rus hərbçisi əsir götürülərək mübadilə fonduna təhvil verilib”, – Desant-Hücum Qoşunlarından bildirilib.


Xatırladaq ki, bundan əvvəl Ukrayna qoşunlarının Sumı vilayətinin sərhəd zonasında yerləşən Andreyevkanı azad etdiyi və Pokrovski istiqamətində irəlilədiyi haqda məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO