Rusiyadakı soydaşlarımızın DİQQƏTİNƏ – Yeni məhdudiyyətlər tətbiq OLUNACAQ

Rusiyadakı soydaşlarımızın DİQQƏTİNƏ – Yeni məhdudiyyətlər tətbiq OLUNACAQ

Hazırda oxunan: Rusiyadakı soydaşlarımızın DİQQƏTİNƏ – Yeni məhdudiyyətlər tətbiq OLUNACAQ

265792

2025-ci il sentyabrın 1-dən etibarən Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları üçün yeni əmək məhdudiyyətləri qüvvəyə minəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “ura.ru” nəşri məlumat yayıb.
 

Məlumata görə, həmin ölkələrin vətəndaşlarına topdansatış və pərakəndə ticarətlə məşğul olmaq, eləcə də nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmirini həyata keçirmək qadağan ediləcək. 


Qaydalar əsasən patentlə çalışan miqrantlara şamil olunacaq.

Qeyd edək ki, son beş il ərzində Yamalda miqrant işçilərin sayı azalıb. Bu kateqoriyadan olan şəxslər üçün ilk dəfə deyil ki, məhdudiyyətlər tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO