Kremlin “adamlar”ı Azərbaycanı bu sözlərlə hədələdi - VİDEO

Kremlin “adamlar”ı Azərbaycanı bu sözlərlə hədələdi - VİDEO

Hazırda oxunan: Kremlin “adamlar”ı Azərbaycanı bu sözlərlə hədələdi - VİDEO

265782

“Vaşinqton görüşündən dərhal sonra Rusiyanın rəsmi şəxsləri sülh sazişi ilə bağlı nisbətən loyal fikirlər səsləndirdilər, bununla belə, Kremlin “trolları” əsl niyyətlərini ortaya qoyaraq imzalanmış sənədlə bağlı Ermənistandan daha çox hər dəfə olduğu kimi, Azərbaycana qarşı aqressiv şüarlar səsləndirməyə başlayıblar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədriRövşən Məmmədov AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında bildirib.

O, həmçinin qeyd edib ki, dolayısı ilə Kreml rəsmilərinin razılığı əsasında Odessa yaxınlığında Transbalkan kəmərinə və SOCAR-a məxsus enerji stansiyasına vurulan zərbə Azərbaycanın geoiqtisadi maraqlarına qarşı yönəlmiş aksiyadır və bu azmış kimi, rəsmi Moskva Ukraynaya göndərilən humanitar yardımların arxasında dırnaqarası “çirkli niyyətlər”in durduğunu deyərək Bakıya sərt xəbərdarlıq etmək cəsarətini də özündə tapır. 

“Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ünvanladığı son açıqlamada məhz bu cür də deyilir.

Həmçinin Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin “qara propaqanda”sını həyata keçirən Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını “ləzgi kartı” ilə də hədələməyə çalışır.
 

Hələ biri də var, rusiyalı deputat, dırnaqarası “hərbi mütəxəssis” Andrey Qurulyev... Hansı ki, ölkəmizdən gələn mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır. Üstəlik, Azərbaycan diasporuna təzyiqləri artırmağı, Rusiyada yaşayan azərbaycanlıların biznesinə zərbə vurmağı məsləhət görür.


Hətta Rusiya-Azərbaycan sərhədi boyunca uzana bilən xüsusi hərbi əməliyyatın həyata keçirilməsini mümkün adlandırır. Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik də Azərbaycan hökumətini hədəf alan sərt və etikadan uzaq açıqlama verərək deyir ki, Moskva istənilən vaxt bölgəyə qoşun yeridə bilər. “ – deyə, Rövşən Məmmədov mövzunu şərh edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO