Bloger-jurnalist İlhami Nəsibov həbs edildi - FOTO

Bloger-jurnalist İlhami Nəsibov həbs edildi - FOTO

Hazırda oxunan: Bloger-jurnalist İlhami Nəsibov həbs edildi - FOTO

265684

Ağdamda rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

Bizim.Media xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər./Apa.az



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO