"Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri BƏLLİ OLDU

"Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri BƏLLİ OLDU

Hazırda oxunan: "Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri BƏLLİ OLDU

265662

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO