Bu yeməklər beyinə zərər verir

Bu yeməklər beyinə zərər verir

Hazırda oxunan: Bu yeməklər beyinə zərər verir

265640

Duzlu yeməklər beyinə ciddi zərər verə bilər.

Bizim.Media xəbər verir ki, mövzuya terapevt və dietoloq Elvira Fasenko münasibət bildirib.

Onun sözlərinə görə, gündəlik duzun çox qəbulu beyində qan dövranını pozur, təzyiqi yüksəldir və damar mənşəli demensiya riskini artırır.

O qeyd edib ki, beyin çox enerji tələb edən orqandır və neyronlar üçün davamlı qan axını və oksigen vacibdir, çox duz isə damarların daralmasına səbəb olur.
 

Həkim bildirib ki, yaş artdıqca risklər yüksəlir, arterial təzyiq artır və çox duzlu qidalanma yalnız ürəyə deyil, həm də beyin funksiyalarına zərər verir. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir, lakin orta hesabla insanlar 9-15 qram duz qəbul edir. Əksər duz hazır qidalardan - çörək, pendir, souslar, kolbasa və yarımfabrikatlardan gəlir.


Fasenko əlavə edib ki, yüksək duz miqdarı orqanizmi öyrəşdirir, dad hissi zəifləyir və insanlar daha çox duz əlavə etmək istəyirlər. Duzun artıq miqdarı iltihabi prosesləri artırır, oynaq, mədə və böyrəklərə zərər verir, lakin beyinə təsiri daha sürətlidir. Həkim məsləhət görüb ki, duz qəbulunu dərhal məhdudlaşdırmaq beyin funksiyalarının daha uzun və yaxşı işləməsinə imkan yaradacaq./Milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO