Türkiyədən neçə suriyalı ölkəsinə qayıdıb?

Türkiyədən neçə suriyalı ölkəsinə qayıdıb?

Hazırda oxunan: Türkiyədən neçə suriyalı ölkəsinə qayıdıb?

265607

2024-cü il dekabrın 8-dən bu günədək Türkiyədən 411 min 649 suriyalı ölkəsinə qayıdıb.

Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Müdirliyindən bildirilib.

Qeyd olunub ki, 2016-cı ildən bəri könüllü olaraq geri qayıdan suriyalıların sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərə çatıb.

Qayıdış prosesi nazirliyin koordinasiyası ilə həyata keçirilir.

Qeyd edək ki, ötən ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədə yaşayan suriyalılar ölkələrinə qayıtmağa başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO